Sabah axşamdan hava şəraiti dəyişəcək, yağış yağacaq
Sabah axşamdan respublikamızın ərazisində hava şəraiti dəyişəcək, yağış yağacaq.
Mediainfo.az saytının Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında iyunun 07-si axşamdan 09-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 09-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
İyunun 07-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.














































.jpg)















































