Həsən Dəmirçinin ailəsinə şok: yas mərasimi ləğv edildi

Həsən Dəmirçinin ailəsinə şok: yas mərasimi ləğv edildi

27 İyun 2018 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

ETTELAAT əməkdaşları Təbrizin Tubaiyyə məscidində güneyli musiqi ustadı Həsən Dəmirçinin 3 mərasiminin keçirilməsinə icazə verməyib.

Mediainfo.az Kult.az-a istinadən xəbər verir ki, ETTELAAT milli fəal və musiqiçinin ailəsinin məsciddə 3 mərasimini keçirməsinə mane olub və dəvət üçün hazırlanan bildirişləri müsadirə edib.

Qeyd edək ki, iyunun 24-də Təbrizin "Ali nəsəb" xəstəxanasında vəfat edən Həsən Dəmirçinin 3 mərasiminin bu gün yerli vaxtla 18:00-dan 20:00-dək Təbrizin Tubaiyyə məscidində keçirilməsi nəzərdə tutulmuşdu.

H.Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. Güneyli soydaşlarımız ona xidmətlərinə görə "Həsən Azərbaycan" ləqəbini verib.