Sabah Azərbaycan ərazisində 37-40 dərəcə isti gözlənilir

Sabah Azərbaycan ərazisində 37-40 dərəcə isti gözlənilir

28 İyun 2018 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Azərbaycan ərazisində 37-40 dərəcə isti gözlənilir

Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyunun 29-da hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyunun 29-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)isə 26-27 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Lakin temperaturun yüksək olması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Azərbaycanın rayonlarında

İyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 02-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.