Axşam saatlarında Bakı - Sumqayıt yolunda böyük tıxac olacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovğzal dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə baku.vvs-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu Hüseyin Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




































.jpg)






































.jpg)


















