ETSN-dan əhaliyə növbəti xəbərdarlıq

ETSN-dan əhaliyə növbəti xəbərdarlıq

3 İyul 2018 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir.

Mediainfo.az. saytına ETSN-dan verilən xəbərə görə, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Anomal isti hava şəraiti iyulun 04-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.