Qoyunlarına qızıl boyunbağı taxıb bazara çıxardı
Ərəbistanda sosial şəbəkə istifadəçilərinin əksəriyyəti qoyunların boynuna qızıl boyunbağı taxıb nümayiş etdirən Fars körfəzi ölkələrindən birinin sakini olan şəxsin hərəkətini qətiyyətlə pisləyiblər. İnternetdə yayımlanmış video, ehtimal ki, bazarda çəkilib. Kadrlarda ənənəvi ərəb geyimi (kandura) və başlıq (Qutra) geyinmiş enlikürək bığlı bir satıcı görünür. O, qürurla hər birinin boynundan ağır qızıl boyunbağı asılmış qoyunlarını izdihama nümayiş etdirir. Günəş gözlükləri taxmış baz-burutlu kişilər isə toplanaraq qoyunları telefonların kamerasına çəkirlər.
Sözügedən video-çarx sosial şəbəkələrdə böyük qəzəbə səbəb olub. İstifadəçi və bloqcular heyvanları qızıla bürümüş satıcını israfçılıqda və yoxsulların hisslərini təhqir etməkdə ittiham ediblər.




































.jpg)






































.jpg)


















