Ukraynada azərbaycanlı gəncə vəzifə verildi

Ukraynada azərbaycanlı gəncə vəzifə verildi

12 Oktyabr 2018 20:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada yaşayan azərbaycanlı gəncə Lvov şəhərində UNESCO-nun nəzdində fəaliyyət göstərən akademiyada yeni vəzifə verilib.

Axar.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Lvov təşkilatının rəhbəri Şəhriyar Məhərrəmov UNESCO-nun nəzdindəki Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Şərq və Cənub ölkələri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Bununla bağlı keçirilən tədbirdə Azərbaycan, Bolqarıstan, Polşa, Yunanıstan, Belarus və Krım tatarlarının cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Akademiyanın rektoru Vasili Tuarçineç bildirib ki, istedadlı gənc kadrların üzə çıxarılması olduqca vacibdir.

Ş.Məhərrəmov fəaliyyəti dövründə istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər həyata keçiriləcəyini vurğulayıb.