Moskvada oktyabr ayı üçün rekord isti qeydə alınıb

Moskvada oktyabr ayı üçün rekord isti qeydə alınıb

19 Oktyabr 2018 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada dalbadal iki gündür ki, oktyabr ayı üçün xarakterik olmayan isti hava qeydə alınır.

Mediainfo.az-ın russian.rt-ə istinadən verdiyi xəbərə görə, son iki gündə Moskvada havanın temperaturu müvafiq olaraq, 16,2 və 16,3 dərəcə olub. Bu son 140 ildə oktyabr ayında qeydə alınan ən isti havadır. Sonuncu dəfə Moskvada 16,2 dərəcə temperatur 1881-ci il oktyabr ayının 19-da qeydə alınıb. Bununla belə sinoptiklər gələn həftədən Moskvada havanın soyuyacağını, yağış və sulu qar yağacağını proqnozlaşdırıblar.