Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

29 Oktyabr 2018 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.