Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq

6 Noyabr 2018 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün respublikamızın ərazisində hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 06-sı gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 06-sı gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.