Putinin imperiya siyasəti NATO-ya slavyan dövlətlərində möhkəmlənməyə imkan verib

Putinin imperiya siyasəti NATO-ya slavyan dövlətlərində möhkəmlənməyə imkan verib

10 İyun 2021 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

“Dünən Putin Rusiya TV-lərinə İsveçrədə baş tutacaq ABŞ-Rusiya görüşü öncəsi geniş müsahibə verib. Müsahibənin böyük bir hissəsi Ukrayna ilə münasibətlərə həsr edilmişdi, çünki danışıqlarda Ukrayna məsələsi mütləq masaya gələcək, ona görə də Kreml indidən öz “qırmızı cizgilərini” çəkməyə çalışır”.

Oxuməni.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Siyasətçi vurğulayıb ki, Moskva təbliğatı öz xalqının intellektini həmişə aşağılayır, halbuki rus xalqı dünyada ən çox kitab oxuyan xalqlardan biridir:

“Putinin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmasına ona görə qarşıdırlar ki, əgər bu baş versə, Rusiya sərhədlərində NATO qoşunları olacaq, Xarkovdan Moskvaya NATO raketləri 12-15 dəqiqəyə çata biləcək - bu isə qəbuledilməzdir.

Rus toplumunun “İQ”sü kifayət qədər yüksəkdir, amma sanki Kreml təbliğatı bunu nəzərə almır. NATO çoxdan Rusiya sərhədlərindədir, Baltikyanı ölkələr, Norveç, Türkiyə, ABŞ bu NATO ölkələri ilə Rusiyanın sərhədində yerləşir. “Xarkovdan Moskvaya raketlər 12-15 dəqiqəyə çata bilər”, -arqumenti də “İQ” səviyyəsi aşağı olan insanlar üçündür. Xarkovdan Moskvaya düz xətlə hava ilə məsafə 647 kilometrdir, amma məsələn, Latviya sərhəddindən Moskvaya eyni düz xətt və hava ilə məsafə 589 kilometrdir. Deməli, Putinin bu “arqumenti” də məntiqli və ağlabatan deyil”.

“Çıxışında Putin Ukrayna vətəndaşlarının 50 faizinin NATO qarşı olduğu, onların ağılla düşündüyünü dedi. Amma demədi ki, nədən ümumi kökləri olan slavyan ukraynanılar NATO-ya üzv olmaq istəyir, bu istəyin arxasında məhz elə Kremldən qorunmaq durur, Krımın, Donbasın işğalı səbəb olub. Daha kiçik qonşu ölkələr məhz Rusiyadan qorunmaq üçün NATO-ya üzvlük axtarırlar, təhlükəni Moskvadan gələ biləcəyini düşünürlər. NATO da süddən çıxmış ağ qaşıq deyil, amma Rusiyanın qunşusu olan kiçik ölkələr NATO-ya meyillənməyə məcbur və məhkumdular, buna səbəb elə Kremlin xarici siyasətidir”,-deyə Natiq Cəfərli bildirib.