İranlı qadınlarla bağlı inanılmaz faktlar: Tehrandan qaçıb hər şeyi danışdı

İranlı qadınlarla bağlı inanılmaz faktlar: Tehrandan qaçıb hər şeyi danışdı

15 Oktyabr 2021 06:12
Bəyəndim (0) Bəyənmədim (0)

İranın təhlükəsizlik qurumları avqust ayında İsfahan şəhərində velosiped sürərkən üç gənc qadını kürəklərindən vuran şəxsin sərbəst buraxılmasına kömək edib.

Oxuməni.az xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.

ABŞ hökumətinə bağlı “Radio Farda”nın məlumatına görə, vurulan qızlardan birinin anası təhlükəsizlik orqanlarının zabitlərinin bu məlumatı gizlətmələri üçün onlara təzyiq etdiklərini bildirib. Halbuki olaydan 48 saatdan az müddətə şübhəli müəyyən edilib və həbs olunub. Amma zərərçəkənlərdən birinin ailəsinə görə, təhlükəsizlik qurumları onu məhkəməyə verməməyi məsləhət görüblər.

“Əl-Ərəbiyyə Farsi” şübhəlinin 48 saat ərzində tutulduğunu, amma bir aydan az müddətdə girov müqabilində sərbəst buraxıldığını açıqlayıb.

Məlumata görə, avqutun 19-da İsfahanda bir şəxs bir neçə qadın və ən azı bir kişini güllələyib. Üç gənc qadının küçədə güllələndiyi deyilib. Hər üçü ov tüfəngi ilə kürəklərindən vurulub. “Əl Ərəbiyyə” qeyd edib ki, zərərçəkənlərdən birinin ailə üzvləri xəstəxanaya gedərkən ən azı beş nəfərin xəstəxanaya yerləşdirildiyini öyrənib. Hesabatda bir tərəfdən atıcı ailəsinin pis davranışının, digər tərəfdən İsfahanda bu cür şiddət tarixinin bir neçə ailənin hadisəyə hüquqi diqqət yetirməsinə səbəb olduğu bildirilir.

Molla rejiminin zülmdən qaçmaq üçün Almaniyaya gedən iranlı müxalifətçi Şeyna Vocudi qadınların İranda zülm və təzyiqlərə məruz qaldığını deyib:

“Qadınların qaydalara uyğun hicablı olmadıqları təqdirdə, küçələrdə “Bəsic” vətəndaşlara, xüsusən də qadınlara hücum edir. İranda heç kim Xamneyinin iradəsindən kənarda heç nə edə bilməz. “Bəsic” və digər qurumlar da onun iradəsinə tabedir. Bu kimi cinayət törədən şəxslər də onların razılığı olmadan sərbəst buraxıla bilməz. Yalnız rejimlə əlaqəli biri belə cinayət törədə bilər”.

Onun sözlərinə görə, “Bəsic” molla rejiminin fanatik ərəfdarı olan gənclərdən ibarət hərbi qüvvədir.

Vocudi əlavə edib ki, İranda molla rejiminin tərəfdarlarına döyüş meydanında olduğu kimi, müəyyən məqamlarda odlu silahlardan istifadə etmək icazəsi verilib.

“Radio Farda” bildirib ki, son illərdə bir çox qadın İranda məcburi hicab haqqında qanuna riayət etmədikləri üçün polis tərəfindən tutulub və ya müəyyən qruplaşmaların hücumlarına məruz qalıb. Ən məşhur hadisə 2014-cü ildə İsfahanda baş verib. Həmin ilin sentyabrında, İsfahandakı din xadimləri hicabdan imtina edənlərə qarşı mübarizəyə çağırış etdikdən sonra şəhərdə küçələrdə fanatik motosikletçilər qızlar və qadınların üzünə turşu atmağa başladılar. Amma indiyədək bunu edənlər məsuliyyətə cəlb edilməyib. O vaxtdan bir neçə il keçməsinə baxmayaraq, məhkəmə və təhlükəsizlik qurumları dəfələrlə guya işin davam etdiyini, təqsirləndirilən şəxsləri həbs etməyə çalışdıqlarını bildirib. 2018-ci ilin iyul ayında qurbanların vəkili işin həll olunmadan tapılmadan bağlanacağını açıqladıı. Bu hadisənin qurbanlarına məhkəmə qərarı ilə pul ödənildi.

2014-cü ildə Avropa Parlamentinin yaydığı bəyanatda bildirilib ki, İsfahan şəhərində ən az 12 qadına hücum edilib: “Təcavüzün “səbəbi” qadınların geyim qaydalarının pozulmasıdır. Onlardan biri gözünü itirib, qalanlarının da bədənlərində ciddi yanıqlar var”.

“Yerusəlim Post” İranda yaşayan yəhudilərin durumuna da diqqət çəkib. Nəşrin məlumatına görə, İranın vitse-prezidenti Möhsün Rzayi İsrailin “səhv” edəcəyi təqdirdə, bu ölkədə yaşayan 10 mindən çox yəhudiyə qarşı tədbir görəcəyi ilə bağlı xəbərdarlıq edib.