Dünyanın ən bəxtəvər ölkəsi: Onları xoşbəxt edən nədir?..

Dünyanın ən bəxtəvər ölkəsi: Onları xoşbəxt edən nədir?..

6 Dekabr 2021 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin 2021-ci il üzrə Dünyanın Xoşbəxtlik Hesabatı adlı araşdırması yayılıb.

Oxuməni.az xəbər verir ki, 150 ölkə arasında aparılan sorğuda Finlandiya növbəti dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Finlandiya Baş naziri Sanna Marin necə “ən xoşbəxt ölkə” olduqlarını açıqlayıb.

2019-cu ildə dünyanın ən gənc baş naziri olmuş Sanna Marin bu posta 34 yaşında keçib. Pandemiya zamanı verdiyi qərarları xalq tərəfindən təqdir edilən Marin 5.5 milyon əhalisi olan ölkədə can itkisini 1300-lə məhdudlaşdıra bilib.

Marin bildirib ki, Finlandiyanın yenidən dünyanın ən xoşbəxt ölkəsi seçilməsində üç böyük amil var.

İngiltərənin “The Guardian” qəzetində müsahibəsi dərc olunan Marin ölkə idarəçiliyində üç əsas prinsipin olduğunu qeyd edib: inkişaf etmiş təhsil sistemi, bərabərlik və güclü rifah dövləti.

Həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların ölkənin gələcəyində böyük rol oynayacağını deyən Marin Finlandiyanın rifah səviyyəsini yüksəltmək üçün işlərini davam etdirəcəklərini söyləyib.