Ukrayna ordusu maksimum bir aya Donbası azad edib ən azı 15-20 kilometr Rus ərazisinə irəliyəcək

Ukrayna ordusu maksimum bir aya Donbası azad edib ən azı 15-20 kilometr Rus ərazisinə irəliyəcək

17 Yanvar 2022 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Sovet vaxtından qalmış nüvə silahları və onları daşıya biləcək raketləri Rusiyaya Avropa və ABŞ-ı hədələməyə imkan verir. Sözsüz qərb Rusiyadan qorxur. Məsələn bu gün artıq 70 ildən çoxdur nüvə silahları olan ABŞ, BB, Fransa və Cin, Hindistan, Pakistan elan edilməsə də İsrail heç vaxt nüvə silahından istifadə etməz”.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. Onun sözlərinə görə, Çinin dünyanın yarısını dinc yolla ələ keçirmək kimi stratejiyası var, ona müharibə lazım deyil. Qərb ölkələrində ən qiymətli məhsul insanlardır. Hindistan və Pakistanın əhalisi çox, bombaları azdır. Onlar nüvə silahından istifadə etməzlər.

“Yeganə Rusiyada insanların qiyməti sıfırdır, onların milyonlarının həlak olması Rusiya rəhbəri Putin və onun çinovliklərinin vecinə deyil. Onlar Krımı, Donbasın bir hissəsini, Cənubi Osetiya və Abxaziyanı ələ keçirəndən sonra Ukrainanın işğalını davam etdirmək niyətindədir.

O daxilində qərbin ondan qorxduğunu bilir və Rusiyanın itirəcəyi (ac yalavac, hüquqsuz, alkoqolik insanlarını) bir şeyin olmadığına görə Qərbin ona müqavimət göstərməyəcəyinə əmindir. O tarixə diqqət yetirir. 1945-ci ilin sentyabrından Amerikada, ondan iki il sonra BB-da atom bombası və onu daşıya biləcək təyyarələrin olmasına baxmayaraq Qərb Stalinə qoşunlarını şərqi Avropadan çıxar və demokratik seçkiləri keçirməyə imkan ver ultimatunu verməyə cəsarət etmədi.

Berlin və onun ətrafında yerləşdirilmiş 10 min tankdan qorxdu. 1952-ci ilə qədər Sovetin cəmi bir neçə bombası var idi. Onu uzağa daşıyan təyyarələri belə yox idi. Ancaq bu işi görmədi. 1962-ci ildə də (Karib krizisi) ABŞ generallarının Sovetlərin heç bir gücü olmadığını lazımsa bir iki atom bombası onların çitadeli Kremlə atıb Rus və başqa xalqları bolşevik diktaturasından xilas edə bilərik təklifinə Prezident Kennedi onun kiçik qardaşı Robert Kennedinin təhriki ilə generallara yox dedi.

2014-cü ildə ABŞ-ın Krımın həmişə Ukrayna torpağı qalcağına imza atmasına baxmayaraq Rusiya Krımı işğal etdi. O vaxt ABŞ-ın bir hərbi təyyarə daşıyan gəmisi Qara dənizdə Krımın yanında dayansa və ABŞ Rusiyaya ultimatum versəydi bu gün nə Krım nə də Donbas problemi olmazdı.

Qərb bu dəfə Rusiyaya heç bir güzəştə getməyəcək. Avropa İttifaqında Rusiyaya nifrət edən Polşa, Baltik ölkələri, Bolqariya, Çexiya və Slovakiya kimi ölkələr var. Bu ölkələr ordusu ilə birlikdə neytral qalmayacaqlar, çünki Ukraynadan sonra onlar gəlirlər. Ukraynanı Rusiya 100 min əsgər, 3 min tank bir neçə yüz təyyarı ilə işğal edə bilməz.

ABŞ və qərbin vəzifəsi Ukraynanı rusların hava hucumundan qorumaq (Rusiyanın bir neçə 100 təyyarəsinin qarşısını almağa ABŞ-ın 10-15 F-35-i kifayət edər) olmalıdır. Böyük təyyarələrlə bir neçə yüz tank vuran Jevelin Ukrayna ordusuna verilməlidir, vəssəlam.

Mən əminəm ki, Ukrayna ordusu maksimum bir aya Donbası azad edib ən azı 15-20 kilometr Rus ərazisinə irəliyəcək, ondan sonra tutduğu torpaqları Krımla dəyişəcək. Əgər müharibə başlasa, çox ehtimal Ukrayna Putinin Krım körpüsünü dağıdacaq. Rusiya müharibə etsə gücünü Mariopolu işğal edib Krıma yaxınlaşmaq istəyəcək. Mariopol cəbhəsini yarmaq çox cətin məsələdir.

Ukrayna Donbası azad edib Moriopala hucum edən Rus qoşunlarının arxasına keçib onları mühasirəyə alacaqdır. Bunları mən bilirəmsə Rus generalları məndən 10 dəfə yaxşı bilir. Hər halda onlar Putini başa salacaqlar.

Fikrimcə heç bir müharibə olmayacaq və Ukrayna Putini Donbasdan çıxmağa (qərbin köməyi ilə) məcbur edəcək. Ola bilər sərhəddə Ukrayna sərhədçiləri yerləşdirilsin ancaq Donbasda BMT-nın hərbi bölmələri olsun. 1-2 ildən sonra Donbasda seçkilər keçirilsin”.

Rəsul Quliyev Ukraynanın bu vəziyyətində Azərbaycanın Prezidentinin Kiyevə səfəri haqda da danışıb. Bildirib ki, İlham Əliyevin Kiyevdə verdiyi bəyanatlar təqdirə layiq hadisədir: “Azərbaycan Ukrayna ilə həmişə dost olub, indi Prezident Əliyev bu əlaqələri tamamilə başqa bir səviyyəyə çatdırdı. Bizim mətbuatdan oxuduğumuz məlumatlar, bağlanmış müqavilələrin adlarının arxasında nələrin dayandığını bilmirik. Ancaq düşünürəm ki, bu sənədlər çox mühüm sənədlərdir və hər iki ölkə üçün çox vacibdir”.