Rusiya Qazaxıstandan çıxardığı desantçıları bu dəfə Ukrayna ətrafına göndərib

Rusiya Qazaxıstandan çıxardığı desantçıları bu dəfə Ukrayna ətrafına göndərib

26 Yanvar 2022 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusunun yanvarın əvvəllərində KTMT kontingenti tərkibində Qazaxıstana göndərdiyi desant bölmələri bu dəfə Belarus ərazisində, Ukrayna sərhədləri yaxınlığında görünüb.

Oxuməni.az xəbər verir ki, bu fakta sosial şəbəkələrdə yerləşdirilmiş videorolik əsasında “Conflict Intelligence Team” (CIT) araşdırma qrupu diqqəti cəlb edib.

Xəbər verildiyi kimi, bir neçə gündür Rusiya Belarus ərazisinə də iri qoşun qruplaşmaları və çoxsaylı hərbi texnika cəmləşdirir. Rəsmi olaraq bu cəmləşmə fevralın əvvəllərində başlayacağı bildirilən “Sarsılmaz müttəfiqlik” Rusiya-Belarus birgə təlimləri ilə bağlıdır. Lakin analitiklər diqqəti bu fakta cəlb edir ki, Rusiya qoşunlarının bir hissəsi heç bir hərbi poliqonların olmadığı və Ukrayna ilə həmsərhəd Qomel vilayətində cəmləşir. Belə ki, Rusiyanın Belarusa mümkün hücum istiqamətlərindən biri kimi Belarus istiqaməti nəzərdən keçirilir.

Sosial şəbəkələrdə yayılmış videoda Belarusa göndərilmək üçün dəmir yol platformalarına yüklənən hərbi texnika arasında desantçıların BDM-M və BTR-MDM zirehli maşınları görünüb. Hərbi texnika Bryansk vilayətindən yüklənib və qatar 5 sərnişin vaqonu ilə birlikdə Belarusa yola düşüb. Həmin vaqonlarda təxminən 250 desantçı olduğu təxmin edilir.

CIT müəyyən edib ki, Belarusa 98-ci hava-desant diviziyasının 217-ci qvardiya paraşüt-desant polku göndərilib. Bu qruplaşma yanvarın əvvəllərində KTMT qüvvələri tərkibində Qazaxıstana yeridilmişdi.

“Ukrayna ərazisinə istənilən irimiqyaslı hücumda hava desant qoşunları həlledici rol oynamalıdır: onlar ya arxa cəbhədə strateji obyektləri ələ keçirmək üçün desant əməliyyatlarında iştirak edəcəklər, ya da zərbə piyada qüvvələri qismində”, - araşdırma qrupu bildirir. Qeyd olunur ki, Rusiya bu taktikanı Ukraynaya qarşı 2014-cü ildə tətbiq edib. CIT Rusiyanın Belarus-Ukrayna sərhədlərinə, o cümlədən Kiyevə yaxın Qomel vilayətində qoşun cəmləşdirməkdə davam etdiyini də bildirir. “Situasiya olduqca təhlükəlidir. Hərbi müdaxilə riski olduqca yüksəkdir”, - CIT bildirir.virtualaz.org