İranda ərzaq qiyamı davm edir - Ölən var

İranda ərzaq qiyamı davm edir - Ölən var

15 May 2022 08:47
Bəyəndim (0) Bəyənmədim (0)

İranın bir sıra şəhərlərində ərzaq qiymətlərinin artması ilə bağlı etirazlar şənbə günü də davam edib.

Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Etirazlar əsasən ölkənin şimalındakı Rəşt şəhəri, mərkəzdə yerləşən Farsan şəhəri və şimal-şərqdəki Neyşabur şəhərində baş verib.

Etirazlara ötən həftə idxal olunan buğdaya dövlət subsidiyalarının kəsilməsi səbəb olub. Bu qərar un məmulatlarının qiymətinin 300%-ə qədər artması ilə nəticələnib. İran hökuməti yağ və süd məhsulları kimi əsas malların qiymətlərini də qaldırıb.

İranlı deputat Əhməd Avai IRNA xəbər agentliyinə bildirib ki, Dezful şəhərində mitinqlər zamanı bir nəfər ölüb.