Rumıniya Ukraynanı Moldova dilini mövcud olmayan kimi tanımağa çağırıb

Rumıniya Ukraynanı Moldova dilini mövcud olmayan kimi tanımağa çağırıb

30 Noyabr 2022 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniya Ukraynanı Moldova dilini mövcud olmayan kimi tanımağa çağırıb.

Oxuməni.az xəbər verir ki, Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ,Ukraynanı moldova dilinin olmadığını etiraf etməyə çağırıb. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Auresku NATO Xarici İşlər Nazirlərinin Buxarestdə keçirilən Sammiti zamanı ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə, mövcud olmayan dil haqqında danışıb. Ayrı-ayrılıqda o, Kiyevə ,Ukraynadan olan qaçqınlara dəstəyi davam etdirəcəyinə söz verib.

Xatırladaq ki, bundan əvvəl Auresku belə bir xahişlə artıq Kiyevə müraciət etmişdi . Nazir belə bir təkliflə 2021-ci ilin iyununda çıxış etmişdi. Sonra o qeyd edib ki, 2021-ci ilin aprelində rumın dili ilə moldova dilinin eyniliyini, Ukrayna hakimiyyəti tanımalıdır.

Emin Axund, Oxuməni.az