"Kalaşnikov" KTMT ölkələrinə, o cümlədən Ermənistana silah tədarükü üçün müqavilələr imzalayıb

"Kalaşnikov" KTMT ölkələrinə, o cümlədən Ermənistana silah tədarükü üçün müqavilələr imzalayıb

31 Yanvar 2023 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Tədqiqat dəqiq maşınqayırma İnstitutu (TSNIITOCHMASH, Kalaşnikov konserni), əsasən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkələrinə silah və sursat tədarükü üçün yeni müqavilələr bağladı, Oxuməni.az xəbər verir ki, bu barədə "Kalaşnikov" konserninin mətbuat xidmətinin məlumatında deyilir.

Müqavilələrin icrası 2023-cü ilə planlaşdırılır.

"Müəssisə əsasən KTMT üzv dövlətlərinə silah və sursat tədarükü üçün 10-dan çox kommersiya təklifi hazırlamışdır",- deyə məlumatda deyilir..

Konsernin məlumatına görə, şirkət Rusiyaya dost ölkələrin, o cümlədən KTMT-yə üzv dövlətlərin bazarlarına ixrac məhsullarının tədarükünü yenidən istiqamətləndirdi.

"Son illər ərzində 30 - dan çox uzaq və yaxın xarici ölkə ilə TSNIITOCHMASH-da hazırlanmış və istehsal olunan məhsulların tədarükü üçün 25-dən çox ixrac müqaviləsi bağlanmış və satılmışdır", - məlumatda deyilir.

KTMT-yə 6 ölkə daxildir: Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.

Əziz Mustafa, Oxuməni.az