Çavuşoğlu: Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün şərtlərimizi yerinə yetirmirlər

Çavuşoğlu: Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün şərtlərimizi yerinə yetirmirlər

1 Fevral 2023 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə hələ Finlandiya və İsveçdən NATO-ya daxil olmaq üçün müraciətlərini təsdiqləməyə imkan verən konkret addımlar görməmişdir.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində bəyanatla çıxış edib.

"Hələ iki ölkənin, xüsusən də İsveçin bizi inandıracaq və təhlükəsizliyimizlə bağlı qorxularımızı aradan qaldıracaq konkret addımlarını görmədik. Madriddə (2022 - ci ilin iyun ayında) üç ölkənin (Türkiyə, Finlandiya və İsveç-Red.) imzaladığı protokol var. Biz orada təsbit edilmiş öhdəliklərin yerinə yetirilməsini gözləyirik", - Çavuşoğlu qeyd edib.

Onun sözlərinə görə, Ankara Finlandiya ilə münasibətlərdə İsveçlə müqayisədə daha az problem olduğunu gizlətmir. XİN rəhbəri qeyd edib ki, İsveç hakimiyyətindən fərqli olaraq Finlandiyada anti-islam və anti-türk təxribatlarına yol verilmir.

O qeyd edib ki, iki Skandinaviya ölkəsinin NATO - ya müraciətlərinə ayrıca baxılması məsələsi Ankaranın deyil, alyansın səlahiyyətidir.

"Əgər iki ölkə və NATO müraciətlərə ayrıca baxılması barədə razılığa gəlsələr, Türkiyə məsələni müzakirə etməyə hazır olacaq", - deyə Türkiyə naziri bildirib.

Əziz Mustafa, Oxuməni.az