Kamala Harris seçkilərdə məğlubiyyətindən sonra tərəfdaşlarına təşəkkür edib

Kamala Harris seçkilərdə məğlubiyyətindən sonra tərəfdaşlarına təşəkkür edib

7 Noyabr 08:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd və hazırkı vitse-prezident Kamala Harris seçkilərdə məğlubiyyətdən sonra Vaşinqtondakı Hovard Universitetində ilk çıxışını edib, CNN xəbər verir.

Harris dəstəklərinə görə tərəfdarlarına, komandasına, ərinə və prezident Co Baydenə təşəkkür edib.

Vitse-prezident bildirib ki, o, artıq Donald Trampa zəng edib və hakimiyyətin dinc yolla ötürülməsi prosesində ona dəstək olacağına söz verib.

“Seçkiləri uduzsaq da, nəticələri qəbul etməyimiz Amerika demokratiyasının əsas prinsipidir. Bu prinsip demokratiyanı monarxiya və ya tiraniyadan fərqləndirir. İnsanların onlara güvənməsini istəyən hər kəs buna hörmət etməlidir”,- deyə Harris bəyan edib.

Oxuməni.az