Trampın Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni planı üzə çıxıb

Trampın Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni planı üzə çıxıb

7 Noyabr 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni planı müzakirə edir. Bu barədə mənbələrə istinadən The Vall Street Journal (VSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni plan bir neçə bənddən ibarətdir. Onlardan birinə görə, münaqişəyə son qoymaq üçün hazırkı cəbhə xətti dondurulacaq və onun uzunluğu boyunca hərbsizləşdirilmiş zona elan ediləcək. Mənbələrdən biri bildirib ki, ABŞ tərəfindən maliyyələşdirilən qurumlar buna nəzarət etməyəcək.

Tramp komandasının planının digər məqamı isə Ukraynanın ən azı 20 il NATO-ya üzv olmaqdan imtina etməsi olub. Eyni zamanda, ABŞ Ukrayna tərəfinə silah verməkdə davam edəcək.

Oxuməni.az