Qazaxıstanın mərmi istehsalı şirkətləri Britaniya sanksiyalarına məruz qalıb
Bir müddət əvvəl Böyük Britaniyanın sanksiya siyahısına daxil edilən Qazaxıstan şirkətləri mərmi istehsal edir. Bunu Qazaxıstanın Milli İqtisadiyyat naziri Nurlan Baybazarov deyib.
“Bunlar, yəqin ki, belə məqsədlər üçün açılan qısamüddətli şirkətlərdir, biz yoxlamaya başlayanda görürük ki, onların tam iqtisadi fəaliyyətləri yoxdur. Onlar aldıqları sifarişi yerinə yetirdikdən sonra fəaliyyətlərini dayandırırlar. Belə şirkətlərin fəaliyyəti yalnız aldıqları sifarişlərin həcmindən asılıdır. Qərbdə sanksiyalara cavabdeh olan maliyyə orqanları isə bunu sanki görmürlər”, - deyə o, jurnalistlərə bildirib.
Oxuməni.az
Digər xəbərlər