Şimali Koreya Koreya yarımadası ərazisində GPS siqnalının işləməsinə elektron vasitələrlə mane olur
KXDR Koreya yarımadası ərazisində GPS siqnalını boğmağa başlayıb. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, KXDR-in cənubundakı Kesonq və Haeju şəhərlərinə yaxın ərazilərdə GPS siqnalına işləməsinə elektron vasitələrlə mane olur. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanır.
Cənubi Koreya ordusu Şimali Koreyanı GPS siqnalının işləməsinə mane olmamağa çağırıb. Qeyd edilib ki, bununla bağlı baş verəcək hər hansı hadisəyə görə məsuliyyət Pxenyanın üzərinə düşəcək. KXDR Cənubi Koreya tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.
Oxuməni.az
Digər xəbərlər