Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək

Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək

26 Noyabr 11:18
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ bütün Meksika və Kanada mallarına 25% rüsum tətbiq edəcək. Bu qərar qeyri-qanuni miqrant axını və narkotik qaçaqmalçılığı ilə bağlıdır, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün Truth sosial şəbəkəsində bildirib.

“Yanvarın 20-dən etibarən Meksika və Kanadadan gələn bütün mallara 25 faiz rüsum tətbiq edən sərəncam imzalayacağam. Bu tarif narkotiklər və qeyri-qanuni mühacirlərin ölkəmizə axını dayanana qədər qüvvədə qalacaq”, - Tramp yazıb.

Tramp əlavə edib ki, o, həmçinin Çindən gələn mallara da 10 faiz vergi tətbiq etməyi planlaşdırır.

Oxuməni.az