Albaniya TikTok-u bir il müddətinə bloklayacaq
Albaniya hakimiyyəti ən azı bir il ərzində ölkədə TikTok platformasını bloklayacaq. Bu barədə Albanian Daily Nevs məlumat yayıb.
“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək TikTok-u bloklamaq qərarına gəldik”, - nəşr Albaniyanın Baş naziri Edi Ramanın sözlərini yazır. O, bütün ölkə üzrə valideynlərin 90%-nin TikTok-un bağlanmasını tələb etdiyini, "buna görə də 2025-ci ildən başlayaraq onu bir il müddətinə qadağan etmək qərarına gəldik" deyə izah etdi.
TikTok qısa videolara baxmaq üçün platformadır. Aprel ayında ABŞ prezidenti Co Bayden ölkədə TikTok-a mümkün qadağa təşəbbüsünü özündə əks etdirən qanunlar paketini imzaladı.
Oxuməni.az
Digər xəbərlər