Tramp deyib ki, ABŞ Qrenlandiyaya nəzarət etməlidir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Qrenlandiyaya nəzarət etməlidir.
“Mən Ken Haueri Birləşmiş Ştatların Danimarkadakı səfiri vəzifəsinə seçdiyimi elan etməkdən məmnunam. Bütün dünyada milli təhlükəsizlik və azadlıq maraqları baxımından Birləşmiş Ştatlar hesab edir ki, Qrenlandiyanın mülkiyyəti və nəzarəti tamamilə zəruridir. Ken ABŞ-ın maraqlarının böyük nümayəndəsi olacaq”, - o, “Truth Social” səhifəsində yazıb. Bu barədə “Axios” məlumat yayıb.
Trampın ilk prezidentliyi dövründə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanın əldə edilməsi imkanları ilə maraqlandığını yazıb. Bundan sonra krallığın səlahiyyətliləri Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etdilər.
Qrenlandiya həm də Arktikada yerləşdiyi və qızıl, gümüş, mis, uran və neft də daxil olmaqla təbii ehtiyatlarla zəngin olduğu üçün siyasi və iqtisadi baxımdan cəlbedicidir.
Siyasi baxımdan Qrenlandiya Danimarkaya aiddir, lakin coğrafi baxımdan Şimali Amerikanın bir hissəsidir. Ada dövlətinin sahəsi 2,16 milyon kv.km. Əhalisi təxminən 76,2 min nəfərdir. 1953-cü ilə qədər Qrenlandiya Danimarka müstəmləkəsi olub, sonralar krallığın tərkibində olub, 2009-cu ildə isə muxtariyyət və daxili siyasət baxımından müstəqil qərarlar qəbul etmək hüququ alıb, lakin hələ də Danimarka ərazisi olaraq qalır.
Almaz Həsənli