İstanbul sahillərində dəniz minası aşkar edilib
İstanbul sahillərində Ağva mayakının yaxınlığında dəniz minası aşkar edilib. Bu barədə “Haber Türk” məlumat yayıb. Hadisə şahidləri təhlükəli obyekti görüblər, bundan sonra hadisə yerinə istehkamçılar cəlb olunub.
Ekspertlər bunun hərbi cihaz olduğunu təsdiqləyiblər. Fövqəladə vəziyyətlə əlaqədar çimərliklər və ətraf ərazilər müvəqqəti olaraq insanların üzünə bağlanıb. Bu gün səhər saatlarında minatəmizləmə işlərinin aparılmasına başlanılıb.
İyunun 29-da oxşar mina Ereğli şəhərində sahildən 60 m aralıda tapılıb. Daha sonra səlahiyyətlilər də minalardan təmizləmə işləri aparmaq üçün çimərlikləri 20 saat müddətinə bağlamaq qərarına gəliblər.
Oxuməni.az
Digər xəbərlər