Qətər Aİ-yə qaz tədarükünü dayandırmaqla hədələyib
Qətərin Enerji Naziri Saad əl-Kaabinin sözlərinə görə, Avropa Birliyinə ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərindən biri olan Yaxın Şərq ölkəsi, Brüsselin şirkətlərin ətraf mühitə ziyan vurmasına görə insan haqlarını pozanlara qarşı tədbirlərə dair yeni direktiv əsasında Qətər şirkətlərini cərimələməyə başlasa, bu tədarükləri dayandıracaq.
"Avropada gəlirimin 5%-ni itirməyə başlasam, Avropaya getməyəcəyəm. Blöf etmirəm. “QatarEnergy”-nin əldə etdiyi gəlirin 5%-i Qətər dövlətinin qazandığı gəlirin 5%-ni təşkil edir. Bu, insanların pulu və mən o pulu itirə bilmərəm - heç kim bu pulun itirilməsini qəbul etməz”, – həm də dövlətə məxsus “QatarEnergy” şirkətinin rəhbəri olan əl-Kaabi “Financial Times”-a müsahibəsində deyib.
“Mən cərimələnməyə razı olmayacağam, Avropaya qaz tədarükünü dayandıracağam”, - “Qatar Energy” rəhbəri əlavə edib.
2024-cü ilin iyul ayından qüvvəyə minmiş yeni Avropa direktivinə əsasən, Aİ-də fəaliyyət göstərən iri müəssisələr öz təchizatçılarının məcburi əmək tətbiq edib-etmədiyini və ətraf mühitə ziyan vurub-yaratmadığını yoxlamalı və belə faktlar aşkar edilərsə, müvafiq tədbirlər görməlidir. Əks halda şirkətləri qlobal dövriyyənin 5%-i qədər cərimə gözləyir. Aİ-yə üzv dövlətlər 2026-cı ilə qədər direktivi öz milli qanunvericiliklərinə köçürməlidirlər və 2027-ci ildən başlayaraq, üç ildən beş ilədək olan yeni tələblərin mərhələli şəkildə həyata keçirilməsinə başlanmalıdır.
Əl-Kaabi deyib ki, Brüssel direktivi hərtərəfli yenidən nəzərdən keçirməlidir, onun fikrincə, qlobal təchizat zənciri 100.000-ə qədər firmanı əhatə edən “QatarEnergy” kimi şirkətlərə şamil edilmir. O, həmçinin qeyd edib ki, “QatarEnergy”-nin resurs şirkəti kimi Aİ-nin xalis sıfır karbon emissiyası hədəfinə nail olması mümkün deyil.
Direktivlər Aİ-nin 2050-ci ilə qədər karbon-neytral iqtisadiyyata nail olmaq məqsədi ilə biznes təcrübələrini uyğunlaşdırmaq strategiyasının bir hissəsidir. Həm Avropa, həm də Aİ-yə daxil olmayan şirkətlər tərəfindən geniş şəkildə tənqid olunub.
Almaz Həsənli