Rusiyalı borcunu ödəməmək üçün üç dəfə soyadını dəyişib

Rusiyalı borcunu ödəməmək üçün üç dəfə soyadını dəyişib

11:21
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Volqoqrad şəhərində məhkəmə icraçıları 80 min rubl (1300 manatdan çox - red.) cəriməsi olan və soyadını 3 dəfə dəyişdirən borclunu tapıblar.
Oxuməni.az xəbər verir ki, bu barədə “gazeta.ru” regionun Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) idarəsinə istinadən xəbər verir.
Şəhər sakininin vergi, yol polisi cərimələri ödəmədiyi, kreditora olan borcunu ödəmədiyi və məhkəmə icraçılarından gizləndiyi qeyd edilir. Qısa müddət ərzində rusiyalı üç dəfə soyadını dəyişib ki, onu tapmaq mümkün olmasın.
Lakin o, uzun müddət gizlənə bilməyib: borclunun soyadını müəyyən edən məhkəmə icraçıları onun bütün hesablarına həbs qoya biliblər. Pulsuz qalan Volqoqrad sakini özü FSSP-nin ofisinə gələrək həmin gün borcunu tam ödəyib.

Almaz Həsənli