Danimarka baş naziri Frederiksen: ABŞ Qrenlandiyanı əldə etməyəcək

Danimarka baş naziri Frederiksen: ABŞ Qrenlandiyanı əldə etməyəcək

3 Aprel 08:18
Bəyəndim (8) Bəyənmədim (0)

Birləşmiş Ştatlar Qrenlandiyaya nəzarəti ələ keçirməyəcək. Danimarkanın TV2 telekanalı xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen adaya səfəri zamanı bildirib.

"Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirməyəcək. Qrenlandiya Qrenlandiyalıların vətənidir. Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirməyəcək. Bu həm də yaxın bir neçə gün ərzində birlikdə səsləndirəcəyimiz mesajdır", - o vurğulayıb.

Danimarka hökuməti, kabinet rəhbərinin sözlərinə görə, regionun qayğısına qalmaq və Qrenlandiyaya “həqiqətən çətin vəziyyətdə” dəstək vermək üçün mümkün olan hər şeyi etməyə çalışır.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır və bütün Arktika NATO ölkələrini fəal əməkdaşlığa çağırıb.

ABŞ prezident seçkilərində qələbə qazandıqdan sonra Tramp Qrenlandiyanı almaq ideyasını irəli sürüb. Lakin bu təşəbbüs adanın sahibi olan Danimarka, həmçinin Qrenlandiya hakimiyyəti və sakinlərinin ciddi müqaviməti ilə üzləşib.

Əziz Mustafa, Oxuməni.az