Saharada təcrid olunmuş sivilizasiyanın izləri aşkar edilib

Saharada təcrid olunmuş sivilizasiyanın izləri aşkar edilib

15:21
Bəyəndim (2) Bəyənmədim (0)

Sahara həmişə səhra olmayıb. Təxminən 7 min il əvvəl bu ərazi sürülərin otladığı və insanların yaşadığı gölləri, bataqlıqları və savannaları olan yaşıl bir bölgə idi. "Natura" jurnalında nəşr olunan yeni bir araşdırma, "yaşıl Sahara" sakinlərinin Şimali Afrikada minlərlə ildir mövcud olan unikal və təcrid olunmuş insan populyasiyasının bir hissəsi olduğunu müəyyən etdi.

Maks Plank Təkamül Antropologiya İnstitutundan və Romadakı Sapienza Universitetinin alimlərindən ibarət qrup Liviyanın cənub-qərbindəki Takarkori qaya sığınacağında basdırılmış iki qadının DNT-sini analiz edib. Bu qalıqlar Saxaranın rütubətli dövrünün ortalarına, bölgənin iqliminin həyat üçün əlverişli olduğu dövrə aiddir.

Genetik analizlər göstərib ki, Takarkori qadınları təxminən 15 min il əvvəl Mərakeşdə yaşamış ovçu-yığıcılara ən yaxındırlar. Bu, Afrika və ya Yaxın Şərqdəki digər qruplarla az qarışan sabit Şimali Afrika nəslinin regionda mövcudluğundan xəbər verir.

Təəccüblüdür ki, tam təcrid olunmasına baxmayaraq, neandertal genləri də daxil olmaqla, DNT-də Levantdan olan insanlarla təmasda olan zəif izlər tapıldı. Bu o deməkdir ki, mübadilə baş verib, lakin çox məhdud miqyasda. Afrikanın cənub əhalisinin demək olar ki, heç bir neandertal qarışığı yoxdur ki, bu da Saharanın miqrasiya üçün ciddi maneə olduğunu təsdiqləyir.

Müəlliflər qeyd edirlər ki, məhz regionun təbii xüsusiyyətləri - bataqlıq ərazilər, dağlar və su hövzələri insanların aktiv miqrasiyasının qarşısını ala və beləliklə, təcrid olunmuş icmaların yaranmasına kömək edə bilərdi.

Əziz Mustafa, Oxuməni.az