
Tramp Rusiyanı Ukraynaya hücumları dayandırmağa çağırıb
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hücumlarını dayandıracağını gözlədiyini bildirib. O, bunu jurnalistlərlə keçirdiyi brifinqdə sülh danışıqlarının gedişi ilə bağlı sualı cavablandırarkən deyib. Videonu “Associated Press” yayıb.
O, bir daha əmin olduğunu bildirib ki, o vaxt prezident olsaydı, ölkələr arasında düşmənçilik yaranmazdı.
"Rusiya ilə danışıqlar aparırıq. Kaş ki, o, dayansaydı. Bombalamağı sevmirəm. Onlar davam edir və davam edir,"- Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
Martın 30-da Donald Tramp bildirib ki, Rusiya Ukraynada atəşkəs rejiminə müdaxilə edərsə, ABŞ hakimiyyəti bütün Rusiya neftinə ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Eyni zamanda, aprelin 4-də o, Vladimir Putin və Vladimir Zelenskinin razılıq əldə etməyə hazır olduqlarına inandırıb. Mart ayında tərəflər enerji obyektlərinə hücumlara moratorium haqqında razılığa gəliblər.
Almaz Həsənli