İndoneziyada 6,2 bal gücündə zəlzələ olub: Dağıntılar var

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub: Dağıntılar var

15 Yanvar 2021 08:57
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ olub.

Oxuməni.az xəbər verir ki, zəlzələ nəticəsində ən az 3 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Məlumata görə, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, 60-dan çox bina dağıdılıb. Yeraltı təkanların bəzi ərazilərdə torpaq sürüşməsinə səbəb olduğu bildirilir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Zəlzələ yerin 8 kilometr dərinliyində meydana gəlib.

Oxuməni.az