“Müharibənin ilk günlərində İran Ermənistana silah ötürüb” - Açıqlama

“Müharibənin ilk günlərində İran Ermənistana silah ötürüb” - Açıqlama

1 Mart 2021 10:54
Bəyəndim (2) Bəyənmədim (0)

İranın İraqdakı səfiri İrec Mescidinin Türkiyənin İraqın suverenliyini pozmaqda ittiham etməsi, Türkiyəni İraqdakı qoşunlarını çıxarmağa çağırması iki ölkə arasındakı münasibətləri kəskinləşdirib və İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxuməni.az-ın məlumatına görə, rəsmi Tehran şakərinə uyğun olaraq yenə də bulanıq suda balıq tutmaq siyasətini davam etdirir. Bu dəfə isə Türkiyəyə sataşıb. Halbuki ilin-günün bu vaxtında sanksiya məngənəsində can verən İranı dəstəkləyən yeganə dövlət Türkiyədir. Elə isə bu dövlət niyə öz oturduğu budağı özü kəsir? Olmaya acınacaqlı durumda olan Tehranı hansısa beynəlxalq qüvvlər Ankaraya qarşı alətə çeviriblər

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Türkiyənin Ərciyəs Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı deyib ki, İranın İraqdakı səfirinin sayıqlaması əslində öz dövlətini də zərbə altında qoymuşdur: "Türkiyənin “həddini bil” uyarısından sonra onun həmin postda qalması mümkün deyil və İran artıq bu gerçəklə üzləşmişdir ki, əgər Türkiyə onunla bağlı siyasətinə dizayn versə İran çətin duruma düşər. Türkiyə qonşu kimi İranı həmişə xilas edib, amma indiyədək qarşılığını da görməyib. Şimali İraq və Suriyada öz təhlükəsizliyini qoruyan Türkiyəyə qarşı İranın mövqeyi heç də həmişə qonşu münasibətində olmayıb. Suriyada Əsəd rejimini Rusiyadan çox İran dəstəkləyib, Türkiyənin apardığı siyasətin əksini edib və indi də Əsədin qoruyucularındandır. Halbuki Əsəd hakimiyyətdən getsəydi, ölkə gərginlik və xaosdan çıxa bilərdi. Dediyiniz kimi, İran “oturduğu budağı kəsməklə” məşğul olub. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, buradan Ermənistana həmişə yardımlar gedib. Güney azərbaycanlı qardaşlarımız bu yardımların qarşısını almağa cəhd etdiklərini gördüyümüz videolar ortadadır. Bir neçə gün öncə bir erməni bloqqer Vardan Quqasyan sənədlər nümayiş etdirdi. Müharibənin ilk günlərində İrandan Ermənistana silah və yanacaq götürən Rusiyanın böyük bir maşın karvanı maneəsiz Ermənistana ötürülüb. Bu ayrı mövzudur ki, həmin silahlarla dolu karvanlar Ermənistanın özü tərəfindən maneəyə rast gəlib. Erməni bloqqer öz hakimiyyətini tənqid etmək üçün açıqladığı bu faktlar İranın Azərbaycana qarşı gizli fəaliyyəti olduğunu isbat edən önəmli faktlardır. Həm də bu bilinən və erməninin açıqladığı yüzlərlə faktdan biridir. Türkiyə və onun strateji ortağı İrana qarşı münasibətdə qonşuluq ilişkilərinə sadiq olub. Səfirin belə bir açıqlamada bulunması İranın bölgədə Türkiyənin apardığı siyasətə qarşıdır, Türkiyənin beynəlxalq terroru bölgədən silmək siyasətinə uyğun deyil. Bu isə o anlama gələ bilər ki, dolayısı ilə İran terroru dəstəkləyir. Adı beynəlxalq terroru dəstəkləyən ölkələr sırasında olan Türkiyə deyil, İrandır. Bu mövqeyi ilə İran heç zaman həmin siyahıdan adını çıxarda bilməyəcək.

Bu olayın belə bir anlamı var. Məlumdur ki, ABŞ-n başını çəkdiyi beynəlxalq güclər - Yunanıstan, Misir, Fransa və başqa ölkələr Aralıq dənizində Türkiyəyə qarşı fəaliyyətlərini genişləndirirlər. İran açıq şəkildə onlara qoşulmur, amma mesajını verir. Bu isə qonşuluq münasibətlərinə tərs olduğu şəksizdir".