Ankara və Qahirə yaxınlaşır: Afina hərəkətə keçdi

Ankara və Qahirə yaxınlaşır: Afina hərəkətə keçdi

7 Mart 2021 10:28
Bəyəndim (15) Bəyənmədim (0)

Türkiyə və Misirin Şərqi Aralıq məsələsində yaxınlaşması Yunanıstanı hərəkətə keçirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Misir bölgədə karbohidrogen yataqları ilə bağlı 24 layihə üzərində çalışır. Bu layihələrin birinin olduğu bölgə Türkiyənin BMT tərəfindən təyin edilən dəniz sərhədi nəzərə alınaraq hazırlanıb. Ankara Qahirə ilə dəniz yurisdiksiyasının təyin olunması ilə bağlı danışıqların başlayacağı mesajını da verib.

Türkiyə və Misirin yaxınlaşmasından narahat olan Yunanıstan artıq hərəkətə keçməyə başlayıb. Yunanıstan xarici işlər naziri Nikos Dendias martın 8-də Qahirəyə səfər etməyi planlaşdırır. Səfər çərçivəsində iki ölkə arasında enerji sahəsindəki əməkdaşlıq və Şərqi Aralıq məsələləri müzakirə ediləcək. Yunan mətbuatı isə Dendiasın Misirdən layihələrlə bağlı xəritəni dəyişdirməsini tələb edəcəyini yazıb.

Oxuməni.az