Ukrayna DİN: Torpaqlarımızı azad etməyə hazırıq!

Ukrayna DİN: Torpaqlarımızı azad etməyə hazırıq!

7 Mart 2021 21:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Daxili İşlər Nazirliyi Donbasın "işğaldan azad edilməsi” barədə ötən il qəbul edilən strategiyanı günü bu gün yerinə yetirməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko “Obozrevatel” telekalına açıqlamasında bəyan edib. O bildirib ki, bu qərarı Ukrayna prezidenti Vladmir Zelenski və Ali Rada verməlidir.

Onun sözlərinə görə, 2019-cu ildən “Donbasın işğaldan azad edilməsi strategiyası”nı həyata keçirmək üçün hər şey hazırdır. “Bunun tezliklə baş verəcəyinə ümid edirik. Biz əraziləri geri qaytarmağa hazırıq, amma bir şərtlə: əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz dövlət sərhədinə daxil oluruq, oraya nəzarəti tam bərpa etmək üçün nə lazımdırsa edirik” - deyə, nazirin müşaviri bildirib.

Xəbər verildiyi kimi, martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər.

Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya seperatçıların mənbələrinə istinadən xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Rəsmi Kiyev bu xəbərləri nə təsdiq, nə təkzib edir.

Qeyd edək ki, Donbasdakı vəziyyət bir gün əvvəl Minsk razılaşması çərçivəsində danışıqlardan sonra gərginləşib. Danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən sabiq prezident Leonid Kravçuk deyib ki, Kiyev Rusiyanın davranışına görə "radikal addımlar" atmağa hazırdır. Ukrayna təkid edir ki, Rusiya ölkənin cənub-şərqindəki münaqişədə tərəf kimi tanınmalıdır. Rusiya isə Kiyevin “DXR” və “LXR” liderləri ilə danışıqlar aparmalı olduqları iddia edir. Rusiyanın danışıqlardakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov isə münaqişənin alovlanmasında Ukraynanı günahlandırıb.