Paşinyan Sərkisyanı dalana dirədi - İrəvanda ara qarışa bilər

Paşinyan Sərkisyanı dalana dirədi - İrəvanda ara qarışa bilər

9 Mart 2021 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müxalif “Vətəni Xilas Hərəkatı” Ermənistan baş qərargah rəisi Onik Qasparyanın səlahiyyət müddəti bitdikdən sonra mübarizənin yeni strategiyasını təqdim edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan açıqlama verib.

Onun sözlərinə görə, müxalifətin vəziyyətdən asılı olaraq hazır ssenariləri var: “Biz vəziyyətə uyğun olaraq gələcək addımlarımızı müəyyənləşdirəcəyik və bu istiqamətdə gedəcəyik”.

O, həmçinin əlavə edib ki, Ermənistan Prezidenti Armen Sərkisyan ölkədəki mövcud vəziyyətdən məsuliyyət daşıyır: “Sərkisyan üçün yeganə çıxış yolu konstitusiyaya riayət etməsi və Konstitusiya Məhkəməsinə müraciət etməsidir”.

Ermənistandakı daxili siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının fevralın 25-də Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Baş nazir bunu “çevrilişə cəhd” adlandırıb və Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq Armen Sərkisyan bu sənədi imzalamayıb. Əgər prezident baş nazirin qərarından Konstitusiya Məhkəməsinə şikayət etməsə, Qasparyan avtomatik olaraq vəzifəsindən azad olunacaq. Qanuna görə, Qasparyan baş qərargah rəhbəri vəzifəsini martın 9-dək davam etdirə bilər.

Oxuməni.az