Erməni blogerdən şok iddia: Arutunyan Şuşada azərbaycanlılarla görüşüb!

Erməni blogerdən şok iddia: Arutunyan Şuşada azərbaycanlılarla görüşüb!

12 Aprel 2021 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yeni sensasion məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, Soqomonyan Qarabağ terrorçularının rəhbəri Araik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb.

O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan erməni diversantların Yerevana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.

Qaqik Soqomonyan Ermənistan rəsmilərindən bu məlumata rekasiya verməyi tələb edib