Rusiya gec-tez Avropanın qarşısında diz çökməyə  məcbur olacaq

Rusiya gec-tez Avropanın qarşısında diz çökməyə məcbur olacaq

16 Aprel 2021 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya nə zamansa Avropa ilə yenidən yaxşı münasibətlərdə maraqlı olacaq, amma o zamana qədər Kremlə pozuntuların öz dəyərinin olması qaydasını başa salmaq lazımdır.

Oxuməni.az xəbər verir ki, bunu Almaniyanın Rusiyadakı eks-səfiri Ryudiger fon Friç deyib.

“Rusiyanın hakimi rusiyayönlü oliqarxlara qarşı tədbirlər görən Zelenski tərəfindən provokasiyalara məruz qaldığını, ABŞ tərəfindən alçaldıldığını, payızda baş tutacaq seçki ətrafında vəziyyətin çətinləşdiyini, Krımın su təchizatı ilə bağlı böyük problemlərinin olduğunu hiss edərək, Ukraynadakı situasiyanı gərginləşdirir. Rusiya böyük strategiya ilə yox, qısamüddətli taktiki variantla hərəkət edir”, – deyə o bildirib.

Fon Friç Rusiyanın hazırda öz beynəlxalq əhəmiyyətini itirmək riskinin olduğunu deyib:

“Rusiya iqtisadi modeli dayanıqlı deyil, reformlar anons edilir və korrupsiyaya bulaşır. Moskva gözəl başa düşür ki, uzunmüddətli perspektivdə Çin kartına yatırım etmək nə deməkdir. İtaliyadan daha kiçik iqtisadiyyata sahib olaraq, Çinlə bərabərhüquqlu alyans formalaşdırmaq mümkün deyil. Rusiya artıq Çinin İpək Yolu yaratmaq planlarının iştirakçısına yox, obyektinə çevrilir.

Moskva bunu etiraf etməsə belə, uzunmüddətli perspektivdə artan dünya rəqabətində Rusiya Avropa ilə tərəfdaşlıq üzərində düşünəcək. O zamana qədər bizim siyasətimiz üç şeyə ehtiyac duyacaq:

Birincisi səbrə, çünki dəyişiklər dərhal olmur.

İkincisi, Rusiyanın istənilən pozuntusuna transatlantik birlik sayəsində qəti şəkildə dayanmaq lazımdır. Əgər Kreml Ukraynaya qarşı hansısa formada fəaliyyəti istisna etmirsə, bunun dəyəri müəyyənləşdirilməlidir.

Siyasətimizin üçüncü elementi dialoqa hazır olmaqdır. Son illər baş verənlər fonunda belə tələb bəzilərinə sadəlövhlük kimi görünə bilər. Lakin qapını çırpmaqla heç kimdə təəssürat yaratmayacaqsan. Rusiya yenidən bizimlə sıx əməkdaşlıqda maraqlı olacaq. Buna hazır olmaq lazımdır”.