İspaniyada siçovulların qanuni hüquqları. Onları səbəbsiz öldürənlərə 18 ay həbs

İspaniyada siçovulların qanuni hüquqları. Onları səbəbsiz öldürənlərə 18 ay həbs

22 Sentyabr 2023 13:15
Bəyəndim (0) Bəyənmədim (1)

İspaniyada təsdiqlənən yeni heyvan rifahı qanununda "ev heyvanı" termini "onurğalı heyvan" olaraq dəyişdirilib. Yeni qanuna görə, onurğalı heyvanı, o cümlədən siçanı vurmaq, yaralamaq və ya öldürmək həbs və ya cərimə ilə cəzalandırılacaq.

İspaniya Konqresinin təsdiqlədiyi cinayət məcəlləsinə edilən düzəliş, ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün 6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş cəzasını nəzərdə tutur.

Onurğalılar kateqoriyasına onurğa və kəllə ilə skeleti olan hər hansı bir heyvan daxildir. Buna görə də balıq, siçan, it və ya kərtənkələnin də öldürülməsi eyni şəkildə cəzalandırılır. Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün altı aydan on səkkiz aya qədər həbs cəzası tələb olunur. Dəyişiklik həm də o deməkdir ki, evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olarsa, polisə məlumat verilərsə, xəsarət yetirəni 3 aydan 12 aya qədər həbs cəzası gözləyir. Xəsarət almadan pis rəftara məruz qalma hallarında bir aydan iki aya qədər cərimə və ya bir gündən otuz günədək icbari iş cəzası tətbiq ediləcək. Yəni itinin ipini sərt çəkən və ya heyvanla pis davranan şəxs cəzalandırıla bilər.

Murad Şahməmməd