Smartfon uzaqdan dinləmə cihazı kimi istifadə oluna bilir

Smartfon uzaqdan dinləmə cihazı kimi istifadə oluna bilir

25 Sentyabr 2023 07:33
Bəyəndim (0) Bəyənmədim (0)

Müxalifət lideri Əhməd Altantav Misirdə prezidentliyə namizədliyini elan etdikdən sonra onun dəfələrlə casus proqramlar, o cümlədən smartfonları avtomatik yoluxduran zərərli proqramlarla hədəf alındığı üzə çıxıb.

«Citizen Lab» və «Google»-un Təhlükə Təhlili Qrupunun tədqiqatçıları bildirdilər ki, “haker” cəhdlərinin arxasında yəqin ki, Misir rəsmiləri dayanır. «Citizen Lab», Əhməd Altantavın telefonunu «Apple»-in Misir kimi ölkələrdə yüksək riskli iPhone istifadəçiləri, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər və siyasi dissidentlər üçün tövsiyə etdiyi "kilit rejimində" saxladığı üçün cəhdin uğursuz olduğunu söyləyib.

Hücumun «Predator» adlı casus proqramı ilə edildiyini bildirən tədqiqatçılar, proqramın telefona yüklənmə edilməsi halında smartfonun uzaqdan dinləmə cihazı kimi istifadə oluna biləcəyini və cihazdakı bütün məlumatların oğurlana biləcəyini bildirirlər.

Tədqiqatçıların vurğuladığı mühüm iddia Misirin «Predator» istehsalçısı olan «Cytrox» şirkətinin müştərisi olması və casus proqram təminatının şəbəkə inyeksiya yolu ilə Misir ərazisindən göndərilməsi və hücumun arxasında Misir hökumətinin olduğuna yüksək inamın olmasıdır.

Murad Şahməmməd