286 milyon km məsafədən asteroid yükü

286 milyon km məsafədən asteroid yükü

25 Sentyabr 2023 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

NASA-nın kosmosa göndərdiyi «Osiris-Rex» kosmik gəmisi ilk ABŞ asteroid nümunələrini ilə Yerə gətirib. ABŞ Aerokosmik Agentliyinin (NASA) kosmik gəmisi «Osiris-Rex» asteroid nümunələrini topladıqdan sonra 286 milyon kilometrlik səyahətini tamamlayaraq Yerə qayıdıb. «Osiris-Rex»-in 100 min kilometr məsafədən buraxdığı nümunə kapsul paraşütlə Utah səhrasına enib. Nümunələr araşdırma üçün bu gün NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinə göndəriləcək.

Nümunələri missiyaya rəhbərlik edən Arizona Universitetindən Dante Lauretta müşayiət edəcək.

Yerdən 81 milyon kilometr uzaqlıqda Günəş ətrafında fırlanan və «Empire State Building» böyüklüyündə olan asteroid nümunələrinin qırıq parça olduğu güman edilir.

Murad Şahməmməd