İngiltərədə bir universitetdə ilk dəfə cadugərlik üzrə magistr pilləsi açılır

İngiltərədə bir universitetdə ilk dəfə cadugərlik üzrə magistr pilləsi açılır

4 Oktyabr 2023 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Cadugərlik və gizli elmlər üzrə magistr dərəcəsi bölməsi Exeter Universitetində yaradılır. İngiltərədəki Exeter Universiteti 2024-cü ilin sentyabr ayından etibarən cadugərlik üzrə magistr proqramına başlayacağını açıqlayıb.

Bildirilib ki, bu magistr proqramı İngiltərədə cadugərlik tarixinin öyrənilməsini müxtəlif mövzularla geniş əhatə edən bir proqram olacaq. İngiltərədə ilk dəfə hazırlanan proqram tələbələrə əsrarəngiz və fövqəltəbii hadisələrin tarixi və onların cəmiyyətə təsiri haqqında məlumat və araşdırmalar təqdim etmək məqsədi daşıyır.

Proqramda təklif ediləcək kurslara Qərb ədəbiyyatı və incəsənətində əjdahalar, orta əsrlərdə qadınların təsviri və halüsinogen maddələrin fəlsəfəsi də daxildir.

Murad Şahməmməd