«Süni intellekt bioloji silahların istehsalını asanlaşdıra bilər»

«Süni intellekt bioloji silahların istehsalını asanlaşdıra bilər»

27 Oktyabr 2023 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin baş naziri Rişi Sunak süni intellektin kimyəvi və bioloji silahların istehsalını asanlaşdıra biləcəyini bildirib. Sunak, İngiltərənin adi kompüterdən minlərlə dəfə daha sürətli superkompüterə təxminən 1 milyard funt sterlinq sərmayə qoyduğunu açıqlayıb. Baş naziri Rişi Sunak xəbərdarlıq edib ki, süni intellekt kimyəvi və bioloji silahların istehsalını asanlaşdıra bilər.

Sunak bildirib ki, ən pis ssenaridə cəmiyyət süni intellekt üzərində bütün nəzarəti itirə bilər. Sunak süni intellekt və inkişaf etməkdə olan texnologiyalar mövzusunda etdiyi çıxışında, adi bir kompüterdən minlərlə dəfə daha sürətli bir superkompüterə təxminən 1 milyard funt sterlinq sərmayə qoyulduğunu açıqlayıb. Rishi Sunak həmçinin İngiltərədə dünyanın ilk süni intellekt təhlükəsizlik institutunun qurulacağını açıqlayıb.

«Biz süni intellekt təhlükəsizliyi ilə bağlı dünyanın biliklərini inkişaf etdirəcəyik və hər bir yeni modelin nə edə biləcəyini anlamaq üçün yeni süni intellekt növlərini diqqətlə araşdıracaq, qiymətləndirəcək və sınaqdan keçirəcəyik. Qərəz və yanlış məlumat kimi sosial zərərlərdən ən ekstremallara qədər riskləri araşdıracağıq» deyə Sunak bildirib.

Kimyəvi və ya bioloji silahların istehsalını asanlaşdıracağını ifadə edən Sunak, «Süni intellekt sayəsində kimyəvi və ya bioloji silahların istehsalı asanlaşa bilər. Terror qrupları süni zəkadan istifadə edərək qorxu yaymaq və daha geniş miqyasda xaos yarada bilər».

Son olaraq, baş nazir bildirib ki, cinayətkarlar süni intellektdən kiberhücumlar, dezinformasiya, fırıldaqçılıq və hətta uşaqların cinsi istismarı üçün istifadə edə bilərlər.

Murad Şahməmməd