Kəşf edilən qara dəlik Yerdən 13,2 milyard işıq ili uzaqlıqdadır

Kəşf edilən qara dəlik Yerdən 13,2 milyard işıq ili uzaqlıqdadır

7 Noyabr 2023 07:01
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər kainatın yarandığı "Böyük Partlayış"dan 470 milyon il sonra ən qədim qara dəliyi kəşf ediblər. «James Webb» Kosmik Teleskopundan əldə edilən məlumatlara görə, kəşf edilən qara dəlik Yerdən 13,2 milyard işıq ili uzaqlıqdadır.

ABŞ Aviasiya və Kosmos Agentliyinin (NASA) verdiyi yazılı açıqlamaya görə, astronomlardan ibarət araşdırma qrupu araşdırmalarında NASA-nın «James Webb» Kosmik Teleskopu və «Chandra X-ray» Rəsədxanasından əldə edilən məlumatlardan faydalanıb. Tədqiqatçılar tədqiqatın nəticələrini "İlk yaranan kainatın daha böyük şəklini doldurmaq" üçün istifadə etməyi planlaşdırırlar. Bu tapıntıların kainatdakı ilk superkütləvi qara dəliklərdən bəzilərinin necə əmələ gəldiyinə dair nəzəriyyələri təkmilləşdirə biləcəyi düşünülür.

Araşdırmaya töhfə verən «Princeton» Universitetindən Andy Goulding, qara dəliklərin əmələ gəldikdən sonra nə qədər sürətli böyüyə biləcəyinə dair fiziki məhdudiyyətlərin olduğunu, lakin daha böyük olanların üstünlüyü olduğunu söyləyib.

«Yale» Universitetindən astrofizik Priyamvada Natarajan, kəşfi bəzi qara dəliklərin böyük qaz buludlarından əmələ gəldiyinə dair "hələlik ən yaxşı sübut" olaraq xarakterizə edib və ilk dəfə olaraq superkütləli qara dəliyin qısa bir fazasını gördüklərini qeyd edib.

Oxuməni.az