Asteroid nümunələri diqqət mərkəzindədir

Asteroid nümunələri diqqət mərkəzindədir

29 Noyabr 2023 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin paytaxtı Londondakı Təbiət Tarixi Muzeyi 4,6 milyard illik "Bennu" asteroidinin nümunələrinin tədqiqi üçün hazırlıqlara başlayıb. Qara toz və söküntü nümunələri ilə dolu fincan Londondakı muzeyə tədqiq olunmaq üçün gəlib.

NASA-nın kosmik gəmisi təxminən üç il əvvəl "Bennu" asteroidindən nümunələr toplayıb. Sentyabr ayında bu nümunələr qapalı kapsulda Yerə göndərildikdən sonra müayinə prosesi başlayıb.

NASA-nın apardığı araşdırmalarda “Bennu” asteroidindən götürülən nümunələrin karbon və su baxımından zəngin olduğu bildirilib. Təbiət Tarixi Muzeyində aparılacaq araşdırmada "Bennu"- dan çıxan sudakı hidrogen izotopları təhlil ediləcək. Bu analizin məqsədi hidrogen izotoplarının Yer okeanlarında tapılan izotoplarla uyğun olub olmadığını müəyyən etməkdir.

Bu araşdırma nəticəsində alimlər günəş sisteminin necə yarandığını və asteroidlərin Yerə su verib-vermədiyini anlamağa çalışırlar.

Oxuməni.az