Valideynlərdən kim öz intellektini övladına ötürür?
ABŞ Tibbi Tədqiqatlar və İstimai Səhiyyə Şurasının sosial elmlər şöbəsinin apardığı tədqiqat intellektual qabiliyyətin uşaqlara ötürülməsinin genetik aspektlərinə işıq salır.
Moderator.az xəbər verir ki, bu barədə "Psychology Spot" portalında dərc edilən təqdiqatın nəticələrində deylir. Məlumatı "progorod76.ru" nəşri yayıb.
Anaların genetik rolu
Məqalədə deyilir ki, intellekt çox zaman anadan irsən keçir. Bu da onunla bağlıdır ki, intellektə təsir edən həlledici genlər X-xromosomunda yerləşir. Qadınlarda iki, kişilərdə isə bir X-xromosomu olduğundan intellektual xüsusiyyətlərin anadan övlada ötürülmə ehtimalı xeyli yüksəkdir.
Genlər və intellekt: ana irsiyyətinin təsiri
Maraqlıdır ki, intellektlə bağlı olan genlər atanın X-xromosomunda çox zaman fəal deyil, bu da intellektual qabiliyyətin irsən ötürülməsində ananın verdiyi tövhənin vacibliyini göstərir. Tədqiqat çərçivəsində 14-22 yaşı olan 12 680 nəfərin anketi təhlil edilib, bu zaman onların IQ-si (intellekt əmsalı), təhsil səviyyəsi, sosial-iqtisadi vəziyyəti və irqi nəzərə alınıb.
Əsas diqqət intellekt qabiliyyətinin formalaşmasında həlledici rol oynayan X-xromosomunda yerləşən genlərə yetirilib. Bununla yanaşı, alimlər həmçinin qeyd edir ki, intellektual qabiliyyətin yarıdan çoxu təhsil, sosial mühit və körpənin şəxsi inkişafı kimi xarici amillərdən asılıdır.
Bu məlumatlar intellektin inkişafının həm genetik irsiyyət, həm də ətraf mühitdən asılı olduğunu sübut edir. Beləliklə, tədqiqatın nəticələri intellektual inkişafın kompleks təbiətini göstərir, bu zaman həm genetik, həm də xarici amillərin uşaqlarda əqli qabiliyyətin formalaşmasında vacibliyini vurğulayır.
Oxuməni.az