Niderlandda mayın 11-dən orta məktəblər açılacaq

Niderlandda mayın 11-dən orta məktəblər açılacaq

22 Aprel 2020 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Niderland hökuməti karantin qaydalarının yumşaldılmasının ardından orta məktəblərin may ayının 11-dən öz fəaliyyətini bərpa etməsi haqqında qərar qəbul edib.

Oxuməni.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte keçirdiyi brifində bildirib.

Onun sözlərinə görə, dərs vaxtları yarıya endiriləcək və şagirdlər arasında məsafə saxlanılacaq. Aprelin 29-dan etibarən uşaqlar nəzarət altında idman edə biləcəklər. Lakin yarışların ləğv edilməsi haqda qanun hələ də qüvvədə qalacaq.

Həmçinin 13-18 yaşlı şəxslərin aralarında 1,5 metr məsafə saxlamaqla idman etmələrinə icazə verilir.

Qeyd edək ki, mayın 29-na qədər Niderlandda gecə klubları, restoranlar, idman zalları, muzey, teatr və bu kimi digər obyektlər bağlı qalacaq.

Oxuməni.az