Azərbaycan Türkiyənin yanında: Yardım dəstələri yola düşür
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Türkiyədəki meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndəriləcək".
Oxuməni.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
O bildirib ki, yardımla bağlı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib: "Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.
Digər xəbərlər