Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

21 Oktyabr 2021 22:11
Bəyəndim (0) Bəyənmədim (0)

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

Oxuməni.az xəbər verır kı, bu barədə vəkil Cavad Cavadov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, S.Babayev Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.